Tbilisidə yol hərəkatının texniki vasitələrinin monitorinqi başlayır

Tbilisi Meriyası paytaxt miqyasında, yol hərəkatının texniki vasitələrinin monitorinqinə başlayır.

Şəhər Nəqliyyat Xidmətinin rəhbəri və sakrebulo (icra hakimiyyəti) nümayəndələri yol işarələrinin və işıqförlərin vəziyyətini və nə qədər düzgün yerlərdə montaj edildiyini yoxlayacaqlar.

Xidmətin əməkdaşları şəhərin bütün məhəllələrini gəzəcəklər və mövcud olan vəziyyəti qeyd edəcəklər.

Bugün yol hərəkatının texniki vasitələrinin yoxlanışı üçün Tbilisinin bütün məhəllələrinə, Meriyanın 10-dan artıq əməkdaşı getdi.