Paytaxt miqyasında yeni infrastruktur layihələri başlayır.
Bu barədə bəyanatı, paytaxtın hökümət iclasında, infrastruktur layihələri ilə bağlı məlumatı təqdim edərkən, mer müavini İrakli Bendeliani verdi.
Bendelianinin bəyanatına görə, layihə çərçivəsində zərər görən yeraltı keçid komunikasiyaları, trotuarlar və bordyurlar yeniləşdiriləcək.
“Paralel rejimdə, bir neçə infrastruktur layihəsi keçiriləcək, hansının dəyəri 2,3 milyon lari olacaq. Bununla yanaşı, Qldani rayonunda, 8 milyon larilik, reabilitasiya işlərinin həyata keçirilməsi planlaşdırılır.
Layihə çərçivəsində, şəhərin bir çox rayonunda zərər görən yeraltı keçidləri, trotuarlar və bordyurlar təmir ediləcək” – dedi Bendeliani.