Tbilisidə “Yeni il kəndi” bu gün açılacaq

 

Tbilisi Meriyası tərəfindən təşkil olunan “Yeni il kəndi” bu gün, dekabrın 24-də Orbeliani meydanında, 9 Aprel bağında, həmçinin Mşrali Xidi və Deda Ena bağında açılacaq.

“Yeni il kəndi” bütün yaş kateqoriyalarına aid olacaq və yanvarın 14-ü də daxil olmaqla hər gün müxtəlif əyləncə tədbirləri keçiriləcək.

“Yeni il kəndi”-ndə rəngarəng yeni il dekorasiyaları, instalyasiyalar, sintetik buz meydançası, açıq səma altında kinoteatr, nəhəng nağıl kitabı və nağılçı, Yeni il bazarı, iaşə məntəqələri, şirniyyat festivalı, uşaq attraksionları, bəzədilmiş yeni il ağacı və Şaxta babanın evi olacaq.

Gündüz saatlarında “Yeni il kəndi”-ndə balacalar üçün nəhəng Şaxta babanın yürüşü və uşaq əyləncə şou-konsertləri, axşam isə böyüklər üçün estrada ifaçılarının, musiqi qruplarının çıxışları və elektron musiqilər təqdim olunacaq.

Yeni il kəndi yanvarın 14-də böyük musiqili şou ilə bağlanacaq.