Tbilisidə, Vazisubanidə yerləşən yaşayış binalarından birində baş vermiş yanğın iki nəfərin həyatını itirməsinə səbəb olub
Tbilisidə, Vazisubanidə yerləşən yaşayış binalarından birində baş vermiş yanğın iki nəfərin həyatını itirməsinə səbəb olub

 
Tbilisidə, Vazisubanidə yerləşən yaşayış binalarından birində baş vermiş yanğın nəticəsində iki nəfər həlak olub.

Yanğın yaşayış binasının mənzilində baş verib.

Gürcüstanın Birinci Kanalına Fövqəladə Hallar Xidmətindən verilən məlumatda qeyd olunduğu üzrə, hazırda yanğın söndürülüb. Yanğın söndürüldükdən sonra yanğınsöndürənlər hadisə yerində 2 meyit aşkarlayıblar.

Bu mərhələdə yanğına nəyin səbəb olduğu bilinmir.