Tbilisidə, Vağzal Meydanı yaxınlığında qatar kişini vurub
Tbilisidə, Vağzal Meydanı yaxınlığında qatar kişini vurub

 

Batumi-Tbilisi qatarı kişini vurub. Hadisə Tbilisidə, Vağzal Meydanı yaxınlığında baş verib.

Dəmir yolundan Gürcüstanın Birinci Kanalına verilən məlumatda, toqquşmanın vətəndaş relsləri keçərkən baş verdiyi deyilir.

Hadisə nəticəsində kişi dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin dəmir yolu, su, hava və ya kanat nəqliyyatının təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 2-ci hissəsi ilə istintaq başladıldığı bildirilib.