Tbilisidə Ukraynaya dəstək aksiyası keçirilir
Tbilisidə Ukraynaya dəstək aksiyası keçirilir

 
Rusiyanın Ukraynada müharibəyə başlamasının ikinci ildönümü ilə əlaqədar Tbilisidə Ukraynaya dəstək məqsədilə “Believe in Ukraine” aksiyası keçirilir.

Aksiyanın təşkilatçıları Gürcüstanda yaşayan Ukrayna vətəndaşlarıdır. Onlar Respublika meydanından Gürcüstan parlamentinin binasına doğru yürüş təşkil edəcəklər.

Aksiya iştirakçılarından Tamara Viçkanovanın dediyi kimi, bugünkü aksiyanın səbəblərindən biri müharibədə həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad etməkdir.

“Bu gün biz müharibədə itirdiyimiz qəhrəmanlarımızı yad etmək üçün toplaşmışıq. İstəyirik ki, bütün dünya bir daha bizə diqqət yetirsin, ölkəmizdə artıq iki ildir nələrin baş verdiyini bir daha deyək”- aksiya iştirakçısı açıqlayıb.