Tbilisidə, Şatili küçəsində qətl baş verdi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bugün səhərə yaxın, Tbilisidə Temka ərazisindəki məhəllədə gənc qadının cəsədi tapıldı.
Gənc qadın soyuq silahla öldürülüb.
“Qətlə yetirilən qadının identifikasiyası mümkün oldu, o 1997-ci il təvəllüdlü A.N.-dır.
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamenti intensiv operativ-istintaq əməliyyatları aparır.
Hadisə yerində ekspert-kriminalistlər işləyirlər.
“Hazırda qətl edilən qadının ailə üzvləri sorğulanırlar” – deyilir DİN-in bəyanatında.
Faktla bağlı cinayət işi, Gürcüstanın Cinayət məcəlləsinin 108-ci maddəsi ilə qaldırılıb.