Tbilisidə, Rustaveli prospektində yanğın söndürülüb
Tbilisidə, Rustaveli prospektində yanğın söndürülüb

 

Tbilisidə, Rustaveli prospektində yanğın baş verib. Yanğın evin üçüncü mərtəbəsində meydana gəlib. Şahidlər hadisə zamanı evdə iki nəfərin olduğunu bildirirlər. Yerli sakinlər yanğın nəticəsində onların hər ikisinin yüngül bədən xəsarətləri aldığını və Xeçinaşvili klinikasına yerləşdirildiklərini qeyd edirlər.

Fövqəladə Halların İdarəedilməsi Xidməti tərəfindən verilmiş məlumatda, yanğının artıq söndürüldüyü deyilir.