Tbilisidə, xüsusi əməliyyatın keçirildiyi binanın sakinləri, təhlükəsizlik tədbiri olaraq, binadan çıxarıldılar

Tbilisidə Qabriel Salosi küçəsində, xüsusi əməliyyatın keçirildiyi binanın sakinləri, təhlükəsizlik tədbiri olaraq, binadan çıxarıldılar.

Qabriel Salosi küçəsində bütün gecə ərzində xüsusi əməliyyat keçirilirdi.

Bina sakinlərinin dediyinə görə, hüquqmühafizəçilər binanın ikinci mərtəbəsində yığılıblar. Binadan çıxarılmalarının səbəbini isə, onlara açıqlayan olmayıb.

Binayı sarı lentlə sarıyıblar və orada bir neçə patrul ekipajı dayanıb.

Xüsusi əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin Kontrterorist departamenti həyata keçirir.