Tbilisidə Xorava küçəsində, baş verən yanğın nəticəsində iki nəfər həyatını itirib

Tbilisidə Xorava küçəsində, baş verən yanğın nəticəsində iki nəfər həyatını itirib.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Fövqəladə Hallar Xidməti verib.

Xidmətin məlumatına görə, üç mərtəbəli binanın ikinci mərtəbəsi yanıb.

Hadisə yerində yeddi yanğın söndürən briqadası səfərbər olunmuşdu.

Yayılan məlumata görə, yanğın 07:30-da baş verib.

Hazırda yanğın lokalizə edilib.

Yanğının baş verməsinin səbəbi hələlik məlum deyil.