“İsrailə həmrəylik” adı ilə, Rike parkında təşəbbüs qrupu tərəfindən təşkil edilən aksiya keçirildi.
Aksiya iştirakçıları dünyada sülhün yer almasına diqqət yetirirlər və bəyan edirlər ki, müharibələrdə bir çox günahsız insan həlak olur və buna son qoyulmalıdır.
“Şərqin tam ortasında baş verən hadisələri görürsünüz. İsrail terorist hücumuna məruz qalır. İsrailə doğru minlərlə raket buraxılıb. Belə bir vəziyyətdə İsrailin ədalətli mübarizəsinə dəstək vermək çox önəmlidir, çünki bu İsrailin özünü müdafiyə mübarizəsidir. Sivil ölkələrin İsrailə dəstək verməsi çox önəmlidir. Gürcüstan da bu ölkələrdən biridir. Gürcüstan İsrailə dəstəyini bildirdi və biz qeyri-hökümət sektoru olaraq, bu aksiyanın təşəbbüskarı olduq. İsrail dövlətinin bu ağır günlərində ona həmrəy olmalıyıq”, – dedi İsrail evinin direktoru Giorgi Berştein.