Tbilisidə bir neçə məşhur restoranın fəaliyyət prosesi pozuntulara görə dayandırıldı
Qida Zərərsizliyinin Qorunmasının Milli Agentliyi Tbilisidəki məşhur restoran və kafelərdə pozuntular aşkarladı.
Agentliyin məlumatına görə, idarənin Tbilisi şəhər xidmətinin əməkdaşları bir neçə ictimai qida obyektlərini yoxladılar. Dövlət nəzarəti çərçivəsində, sənədli yoxlanış və inspeksiyadan 19 restoran və kafe keçirildi.
Onlardan 7-nin, kritik vəziyyətinə görə, fəaliyyət prosesi dayandırıldı.
Kritik vəziyyət olaraq, həyati təhlükə əhatə edən meyarlar hesab edilir və bu durumun aradan qaldırılması üçün konkret qida obyektlərinin fəaliyyət prosesi müvəqqəti olaraq, dayandırılmalıdır.
Kritik vəziyyət növbəti obyektlərdə aşkarlandı: “Tağlaura”, “Köhnə şəhər”, “Kafe Kala”, “Plaza Holl”, “Kruiz”, “Okros katxa” və “Muxambazi”. Qeyd olunan obyektlərin fəaliyyət prosesi dayandırıldı və onlar 1000 lari ilə cərimələndilər.
Bununla yanaşı, “Kaxelebi”, “Tarşe”, “Balıq evi” və “Keria”-da sağlamlığa zərərli olan ətin istifadəsi aşkarlandı və bu obyektlər də 1000 lari ilə cərimələndilər.
Həmçinin, ictimai qida obyektləri “Faeton və “Lakada”, etiketləndirmə qaydalarını pozduqları üçün 1200 lari ilə cərimələndilər.
“Mtsvadiauri” restoranı çətin nəzarət edildiyinə görə, 200 lari ilə cərimələndi, “Texasi” iqdisadi fəaliyyət reyestrində qeydiyyatda olmadığına görə, 100 lari ilə cərimələndi və eyni səbəbə görə, 500 lari ilə “Babilo” restoranı da cərimələndi.
Yoxlanılan restoranlardan sadəcə 3-də müsbət vəziyyət qeyd olundu.