Tbilisidə Beynəlxalq Maarif Məktəbi açıldı

Türkiyənin Xarici İşlər Naziri Mevlud Çavuşoğlu Tbilisidə Beynəlxalq Maarif Məktəbini açdı.

Bu barədə məlumatı o öz “Tvitter” səhifəsində yayıb.

“Gürcüstanda, Tbilisidə açdığımız Beynəlxalq Maarif Məktəbi müvəffəqiyyətli olacaq” –  deyilir Türkiyə Xarici İşlər Nazirinin “Tvitter” səhifəsində.