Tbilisidə baş verən qəza nəticəsində üç nəfər həyatını itirdi
Tbilisidə baş verən qəza nəticəsində üç nəfər həyatını itirdi

Tbilisidə, Mtkvari çayının sağ sahilində baş verən avto-qəza nəticəsində üç nəfər həyatını itirdi.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, “Mersedes” markalı avtomaşın yoldan kənara çıxaraq, özünü ağaca çırpdı və maşında olan üç kişi yerindəcə həyatını itirdi.

Hadisə ilə bağlı müvafiq ekspertiza keçirilir.