Tbilisidə avtobus şəbəkələrinin yeniləşdirilməsi layihəsi üçün Avropa İttifaqı 500 min avroya qədər qrant ayırır
Tbilisi meriyası Avropanın Rekonstruksiya və İnkişaf Bankı ilə müqavilə imzaladı, hansı ki, Avropa İttifaqı tərəfindən 500 min avronun ayrılmasını nəzərdə tutur.
Qrantla beynəlxalq tenderdə qalib gələb Fransa şirkəti “Sistra” avtobuslar şəbəkəsinin restrukturizasiyasının detallı planını hazırlayacaq.
Keçirilən tədqiqata dayanaraq, “Sistra” çox komponentli və müəyyən müddətdə həyata keçiriləcək proqram hazırlayacaq.
Layihə müqavilənin qoyulmasından 15 ay ərzində həyata keçiriləcək.
Proqram avtobusların şəbəkələrin restrukturizasiyasını və yenidən planlaşdırılmasını nəzərdə tutur.
Hazırda Tbilisiyə 101 marşrut taksisi və 530 avtobus xidmət edir. Meriya dörd il ərzində 700 yeni avtobus almağı planlaşdırır. Bunlardan 100 sadəcə paytaxta ilin sonuna qədər gətiriləcək.
Tbilisinin nəqliyyat şəbəkəsinin restrukturizasiya layihəsinin qiyməti 800 min avro olacaq.
Buradan 500 avroyu Avropa İttifaqı, 300 minini isə, Tbilisi meriyası maliyyələşdirir