Tbilisidə, Arağişvili küçəsində atışma baş verib
Tbilisidə, Arağişvili küçəsində atışma baş verib

 

Tbilisidə, Arağişvili küçəsinə polis səfərbər edilib.

Şahidlərin sözlərinə görə, təxminən saat 5-in yarısında 15-dək atışma səsi eşidilib. Onların verdiyi məlumata görə, Chavchavadze prospekti istiqamətində qaçan iki nəfəri görüblər.

Həmçinin hadisə şahidlərinin sözlərinə görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə yerində ekspert -kriminalistlər işləyirlər. Baş verənlərlə bağlı digər təfərrüatlar hələlik məlum deyil.