Tbilisidə, Apakidze küçəsinin əhalisi yeni yaşayış binasının tikilməsini etiraz edir
Tbilisidə, Apakidze küçəsinin əhalisi yeni yaşayış binasının tikilməsini etiraz edir.
Bu barədə məlumatı Birinci Kanalın aksiyanın keçirildiyi yerdə olan korespondenti verir.
Apakidze küçəsinin əhalisinin dediyinə görə, burada yeni binanın tikilməsi, küçədə onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırır, çünki, yeni korpus, onların yaşadığı binadan sadəcə 4-5 metrlik məsafədə tikir.
Bununla yanaşı, əhali bəyan edir ki, yeni tikilən bina yolu da daraldır və gərəkdiyi halda oraya nə yük, nə də yanğın söndürən maşın daxil ola bilməz.
Əhalinin dediyinə görə, bir il bundan əvvəl, bu binanın inşaatı sabiq mer David Narmanianın tələbi ilə, dayandırılmışdı, ancaq bir neçə gün öncə, inşaat davam etməyə başladı.
Apakidze #11-nin sakinləri, həmin yerdə skverin tikilməsini tələb edirlər, binanın tikiləcəyi təqdirdə isə, məhkəməyə müraciət edəcəklərini bəyan edirlər.
