Tbilisidə altı küçəyə aprelin 9-da həlak olan altı qadının adı veriləcək
Tbilisi Sakrebulosu (İcra Hakimiyyəti) və simvolika komisiyasının təşəbbüsü ilə, Dimitri Kipiani adına zalda, paytaxtın altı küçəsinə 9 apreldə həlak olan altı qadının adının verilməsi məsələsi müzakirə ediləcək.
9 aprel faciəsindən 30 il keçdi.
1989-cu ilin aprelin 9-da, səhərə yaxın, Sovet İttifaqının silahlı qüvvələrinin hissəsi, Tbilisinin mərkəzində, parlament binasının yanında dinc etiraz aksiyasını dağıtdı və bu hadisə onlarca insanın ölümü ilə nəticələndi.
21 nəfər ölənlərdən başqa, minlərlə vətəndaş naməlum tərkibli qazla zəhərləndi.
Faciədən sonra, 1991-ci ilin aprelin 9-da isə, Ali Şura Gürcüstanın Dövlət Müstəqilliyinin bərpasını elan etdi.
9 aprel Gürcüstan tarixinə faciə və eyni zamanda, Gürcüstanın müstəqilliyinin bərpası günü kimi yazıldı.