Tbilisidə "Axmeteli Teatrı" metrostansiyasından Varketiliyə qədər gecə avtobusu işləyəcək
“Gecə iqtisadiyatı” layihəsi çərçivəsində, bugündən etibarən hər cümə günü və şənbə axşamı saat 00:00-dən 06:00-ya qədər Axmeteli Teatrı metro-stansiyasından Varketiliyə qədər gecə avtobusu işləyəcək.
Bu barədə məlumatı Tbilisi meriyası yayır.
Pilot marşrutu ilə hərəkət edən “Mani” markalı avtobuslar bir saatlıq inervalla standart 50 tetriyə yolçuluq edəcəklər” – deyilir meriyanın bəyanatında.