Tbilisidə ağac aşması nəticəsində xəsarət alan qadın klinikada dünyasını dəyişib
Tbilisidə ağac aşması nəticəsində xəsarət alan qadın klinikada dünyasını dəyişib

 

Güclü külək səbəbilə ağacın aşması nəticəsində xəsarət alan qadın “Optimal Med” klinikasında dünyasını dəyişib. Bu barədə məlumatı klinikada təsdiqləyiblər.

Hadisə bu gün Varketilidə baş verib. Nəticədə iki qadın xəsarət alıb.

“Optimal Med” klinikasının məlumatına görə, 112 yaralını saat 14:13-də xəstəxanaya gətirib. Çoxsaylı xəsarətlərin müşahidə olunduğu 40 yaşlı qadının vəziyyəti kritik olub. Pasiyentin üzərində müvafiq tədqiqatlar aparılıb. Klinikadan verilən məlumata görə, aldığı xəsarətlər onu həyatdan qoparıb və pasiyent saat 16:30-da dünyasını dəyişib.

Hadisə nəticəsində yaralanan ikinci qadın “Bokeriya Klinikası”-nda əməliyyat olunur. Klinikadan onlara yerləşdirilən pasiyentin də həmçinin 40 yaşının olduğu və bud sınığı ilə onlara yerləşdirildiyini bildirirlər.