Tbilisidə 1 300 mikroavtobus dezinfeksiya edildi
Tbilisidə 1 300 mikroavtobus dezinfeksiya edildi

“Tbilisi Mikroavtobus” şirkəti 1300 mikroavtobusun dezinfeksiyasını keçirdi.

Mikroavtobuslar yolçulara sabahdan xidmət edəcəklər. İş gününün sonunda isə, onların dezinfeksiyası keçiriləcək.

Şirkətdə bəyan edirlər ki, hər gün sürücülərin termoskrininqi keçiriləcək. Temperaturlarının olduğu halda isə, onlara təcili test keçiriləcək.

Bununla yanaşı, təhlükəsizlik məqsədi ilə, mikroavtobuslarda bütün yolçulardan tibbi maskanın taxılması tələb ediləcək, mikroavtobus pəncərələri isə, açıq olacaq.