Tbilisidəki yeraltı keçidlərinin qaydaya salınması davam edir
Tbilisidəki yeraltı keçidlərinin qaydaya salınması davam edir

Tbilisi meri Kaxa Kaladzenin tapşırığı ilə, bugen Tsinamdzğvrişvili küçəsində yerləşən yeraltı keçidlərinin təmizlənməsi işləri başladı.

Kaxa Kaladze bugün “TbilServisQrupun” rəhbəri ilə bərabər, Tsinamdzğvrişvili küçəsində yerləşən yeraltı keçdlərinin təmizlənmə prosesini şəxsən izlədi.

Paytaxtın meri özəl sahibkarlarla da görüşdü və onlarla bərabər yeraltı keçidlərindəki infrastrukturun qaydaya salınması məsələsini müzakirə etdi.

Paytaxt miqyasında mövcud olan 55 yeraltı keçidindən 22-sinin nəzarətini və nizamlanmasını “TbilServisQrup” üzərinə götürüb. Qalan 33-ü isə, özəl sahibkarlara aiddir.