Tbilisi yoxsa Seviliya - Avropa Liqasının finalına kimin ev sahibliyi edəcəyi bu gün məlum olacaq
Tbilisi yoxsa Seviliya - Avropa Liqasının finalına kimin ev sahibliyi edəcəyi bu gün məlum olacaq

Bu gün Sloveniya paytaxtı Lyüblyanada UEFA-nın icraçı komitəsinin iclası keçiriləcək. “İnterkontinental” mehmanxanasına toplaşan icraçı komitənin üzvləri Avropa Liqasının finalına kimin ev sahibliyi edəcəyinə qərar verəcəklər.

Bu Gürcüstan üçün çox önəmlidir, çünki Tbilisi Avropa Liqasının 2021-ci il finalının ev sahibliyinə namizəddir.

Avropa Liqasının 2021-ci il finalının ev sahibliyinə başdan üç namizəd seçildi – Vyana, Tbilisi və Seviliya. Sonunda Seviliya və Tbilisi qaldı.