Tbilisi və Rustavidə güclü külək ağacları yerindən qopartdı.
Tbilisidə, Dolidze küçəsində, ağacların yıxılması nəticəsində, iki nəfər zərər gördü.
Həmçinin, Rustavi şəhərində, Rustaveli küçəsində, güclü külək nəticəsində, yıxılan ağac elektrik ötürücü xəttlərə zərər verdi və yol hərəkatını bağladı.
Rustavidə, hadisə zamanı zərər görən olmayıb.
Güclü küləyin yaratdığı problemlərlə bağlı, Tbilisi miqyasında, fövqəladə halların idarəsi xidmətinə 25 müraciət daxil olub.
Rustavi şəhərində isə, qaynar xəttə 12 daxil olub. Onların əksəriyyəti elektrik ötürücü xəttlərin zərər görməsi ilə bağlıdır.





