Tbilisi və Rustavidə Britaniya filminin çəkilişləri aparılır

“Gürcüstanda çək” adlı dövlət proqramı çərçivəsində, Gürcüstanda Britaniya filmi “Səmavi ledi”-nin (Lady Of Heaven) epizodlarını çəkirlər.

Bu barədə məlumatı Birinci Kanala “Gürcüstanda çək” adlı layihənin rəhbəri Tatia Bidzinaşvili verdi.

Çəkilişlər avqustun 26-dan başladı. 50 günlük proqram Tbilisi və Rustavi şəhərlərində çəklişlərin aparılmasını nəzərdə tutur.

Tbilisidə çəkilişlər Vaziani hərbi bazasında, Navtluği və Cikia küçələri ərazisində aparıldı.

Oktyabrın 24-25-də isə, müəyyən səhnələr Rustavidə çəkiləcək.