Tbilisi uşaq bağçalarında uşaqların əlavə qeydiyyat prosesi avqustun 20-də başlayacaq
Tbilisi uşaq bağçalarında uşaqların əlavə qeydiyyat mərhələsi avqustun 20-də başlayacaq.
Tbilisi meriyasının məlumatı ilə, Tbilisi Uşaq Bağçalarının İdarə Agentliyi uşaqların əlavə qeydiyyat prosesini ictimaiyyət tərəfindən yaranan tələblərdən dolayı elan etdi.
2018-2019-ci tədris ili üçün əlavə qeydiyyat prosesi avqustun 20-də başlayacaq və sentyabrın 7-nə qədər davam edəcək.
Qeydiyyatdan keçmək istəyənlən konkret uşaq bağçasına ərizə ilə müraciət etməlidirlər və müvafiq sənədləri təqdim etməlidirlər.
Bütün meyarların qane edildiyi təqdirdə, uşaqlar müvafiq bağçalara qəbul ediləcəklər.