Tbilisi Şəhər Məhkəməsinin sədri vəzifəsinə Vasil Mşvenieradze təyin olundu
Tbilisi Şəhər Məhkəməsinin sədri vəzifəsinə Vasil Mşvenieradze təyin olundu

Tbilisi Şəhər Məhkəməsinin sədri vəzifəsinə Vasil Mşvenieradze təyin olundu.

Bu haqda məlumat Ali Ədliyyə Şurasının veb-səhifəsində yayıldı.

Müvafiq qərarı Gürcüstanın Ali Ədliyyə Şurası dünən qəbul etdi.

Vasil Mşvenieradze Tbilisi Şəhər Məhkəməsinin sədri vəzifəsinə beş il müddəti ilə seçilib.

Bununla yanaşı, Ali Şura Qori Rayon Məhkəməsinin sədrini də seçdi. Qeyd olunan vəzifəyə Şalva Kakauridze beş il müddəti ilə seçildi.

Elə bugün, Ali Ədliyyə Şurasının qərarı ilə, Kutaisi Appellyasiya Məhkəməsinin sədr vəzifəsinin icraçısı olaraq, Amiran Dzabunidze təyin edildi.