Tbilisi Şəhər Məhkəməsində USAID-in vətəndaş cəmiyyətinin iştirakı proqramının meneceri dindirilir
Tbilisi Şəhər Məhkəməsində USAID-in vətəndaş cəmiyyətinin iştirakı proqramının meneceri dindirilir

 
Hakimiyyətin zorakılıq yolu ilə dəyişdirilməsi maddəsi üzrə başladılmış istintaq çərçivəsində Tbilisi Şəhər Məhkəməsində maqistr hakimin iştirakı ilə USAID-in vətəndaş cəmiyyətinin iştirakı proqramının meneceri Ana Tsurtsumia-Zurabaşvili dindirilir.

Ana Tsurtsumia-Zurabaşvilinin qeyd etdiyi üzrə, təlim “Canvas”ın serb məşqçiləri tərəfindən dörd dəfə keçirilib və o, təlimlərin hamısında iştirak edib.

Onun təbirincə, təlimin mövzusu vətəndaş cəmiyyətinin aktivliyi və demokratik proseslərdə iştirakı olub. O, təlim zamanı zorakılığa yönəlik heç bir çağırış olmadığını, əksinə, təlimin zorakılıq üsulları olmadan etiraz etməkdən ibarət olduğunu qeyd edib.

DTX-nin yaydığı gizli qeydlərə gəlincə, Ana Tsurtsumia-Zurabaşvili qeyd edib ki, bu barədə heç nə bilmir və heç nə deyə bilməz.

Oktyabrın 2-də Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib ki, “Canvas” təşkilatının üzvləri mehmanxanada QHT-lər, vətəndaş fəalları ilə görüşüb, hakimiyyətin devrilməsi prosesində həlledici rol oynamalı olan böyük qrup hazırlanıb. Qurumun nümayəndələrinin brifinqdə qeyd etdikləri üzrə, 26-29 sentyabr tarixlərində USAID tərəfindən maliyyələşdirilən konfrans “Canvas-Gürcüstan” və Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən təşkil olunub. DTX “Canvas”ın nümayəndələri ilə bağlı aparılan gizli istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutların bir hissəsini dərc edib.