Tbilisi Sakrebulosunun birinci iclası bugün keçiriləcək
Tbilisi Sakrebulosunun birinci iclası bugün keçiriləcək

Tbilisinin yeni seçilən Sakrebulosunun birinci iclası bugün saat 11-də keçiriləcək, hansında ki, Sakrebulo sədrlərinin və onun müavinlərinin namizədlərini təqdim edəcəklər.

Sakrebulo sədrinin vəzifəsinə Giorgi Tkemaladzenin namizədliyi təqdim olunub, sədrin birinci müavini  Giorgi Axvlediani, digər müavinləri isə, Marika Darçia və Davit Ucmacuridze olacaqlar.

“Gürcü Arzusu” fraksiyasının sədr vəzifəsini Beka Davituliani tutacaq, onun müavinləri isə, Vaxtanq Şakarişvili, Giorgi Musxelişvili və Caba Cişkariani olacaqlar.

Komisiyalara gəlincə isə, bu sahədə Sakrebuloda reorqanizasiya planlaşdırılıb və struktur dəyişiklikləri keçiriləcək.

İnsan hüquqlarının qorunması komissiyası, hüquqi məsələlər üzrə komissiya ilə birləşdiriləcək. Urban planlaşdırılma və şəhər təsərrüfatı komissiyası və nəqliyyat məsələləri isə, ayrılacaq və nəqliyyat məsələləri üzrə ayrı bir komissiya yaradılacaq.