Tbilisi Sakrebulosunda "Etnofest 2022" proqramını təqdim ediblər
Tbilisi Sakrebulosunda "Etnofest 2022" proqramını təqdim ediblər

 
Tbilisi Sakrebulosunda 4-cü Tbilisi Beynəlxalq Bədii Əl işləri və Dizayn Sammitinin “Etnofest 2022” proqramını təqdim ediblər və proqramda iştirak şərtləri barədə danışıblar.

Təşkilatçıların sözlərinə görə, builki sammit altı tədbiri əhatə edir. Bədii Əl işləri və Dizayn Expo, Bədii Əl işləri və Dizayn Beynəlxalq Konfransı, ictimai mühazirələr silsiləsi, “Ən yaxşı stend” müsabiqəsi, bədii əl işləri ustaları üçün peşə vorkşopları və beynəlxalq və yerli ekspertlərin konsultasiyaları. “Etnofest 2022” bu il oktyabrın 14, 15 və 16-da “Expo Georgia”nın sərgi məkanında keçiriləcək.

“Etnofest”-in əsası 2016-cı ildə Beynəlxalq İncəsənət Mərkəzi tərəfindən Aİ layihəsi çərçivəsində qoyulub və o vaxtdan bəri bienal prinsipi ilə fəaliyyət göstərir. Tbilisi Beynəlxalq Bədii Əl işləri və Dizayn Sammiti “Etnofest ” Cənubi Qafqazda bu sahədə ekspo, sərgilər, təlimlər, təqdimatlar, ictimai mühazirələr və biznes görüşləri birləşdirən ən böyük platformalardan biridir.