Tbilisi Sakrebulosu 2018-ci il büdcəsinin layihəsini təsdiqlədi
Tbilisi Sakrebulosu 2018-ci il büdcəsinin layihəsini təsdiqlədi

Tbilisi Sakrebulosu 2018-ci il büdcəsinin layihəsini təsdiq etdi.

Büdcə layihəsini 38 deputat dəstəklədi, 2-si isə ona qarşı çıxdı.

2018-ci ilin Tbilisi büdcəsinin həcmi 861,6 milyon lari təşkil edir

Gələn ilin büdcəsi layihəsi ilə dövlət büdcəsindən alınan transferlər artırılır. 43 milyon lari, xüsusi transfer Mşrali Xidi (quru körpü), Orbeliani və Qudiaşvili meydanının bərpası üçün istifadə ediləcək.

Bundan başqa, hökumətin qərarına görə, 2018-ci ildə Tbilisi büdcəsinə metro qatarlarının modernləşdirilməsi və yeni tərkiblərin təsdiqi üçün 14 milyon lari ayrılıb.

2018-ci ildə şəhərdə infrastruktur layihələri üçün 338.7 milyon lari xərclənicək, bu isə büdcə həcminin 39%-ni təşkil edir.

Gələn ilin büdcəsində 11 yeni uşaq bağçasının tikintisinin başa çatdırılması və 10 yeni uşaq bağçasının planlaşdırılması/tikintisi nəzərdə tutulub.

307.1 milyon lari sosial və səhiyyə üçün ayrılıb, bu isə büdcə həcminin 35,7% -ni təşkil edir.

Paytaxtın meri, Kaxa Kaladze əhalini 2018-ci il büdcəsinin təsdiqlənməsi ilə təbrik etdi.

Kaladzenin sözlərinə görə, Meriya üzərinə düşən bütün öhdəliklərini yerinə yetirəcək.

Onun sözlərinə görə, layihələr çərçivəsində Qədim Tbilisi bərpası həyata keçiriləcək və ictimai nəqliyyatın əvəz edilməsi baş tutacaq.