Tbilisi Sakrebulosu 2017-ci ilin büdcə dəyişikliklərini təsdiqlədi
Tbilisi Sakrebulosu 2017-ci ilin büdcə dəyişikliklərini təsdiqlədi

Tbilisi Sakrebulosu növbədənkənar iclasda paytaxtın 2017-ci ilin büdcəsinə daxil ediləcək dəyişiklikləri təsdiqlədi.

İclasda qeyd edildi ki, əsasən, infrastruktur və səhiyyənin qorunması layihələri üçün nəzərdə tutulan məbləğlər artır. Onlara metronun modernizasiyası və vaqonların kapital təmiri üçün ayrılan məbləğlər də daxildir.

Həmçinin, şəhərin təmizlik işlərinə də müəyyən məbləğ ayrılıb.

Benefisiarların sayının artmasını nəzərə almaqla, səhiyyə və sosiyal müdafiyə ilə bağlı bir neçə proqram, həmçinin uşaqların reabilitasiyası və məmə kanserinin müalicəsi maliyyələşdiriləcək.