“Tbilisi Pride” həftəliyi bu gün başladı. Təşkilatçıların sözlərinə görə, həftəlik çərçivəsində üç fərqli tədbir keçiriləcək. Onların sözlərinə görə, bunlar əsasən mədəni tədbirlərdir və həmçinin həftəliyi bitirəcək “Qürur Marşı” da olacaq.
Təşkilatçılar əsas məqsədlərinin həmvətəndaşlara ölkənin üzləşdiyi çətinlikləri izah etmək olduğunu bildirirlər. Bu ilki tədbirin şüarı “Həmrəylik”- dir.
Hazırda, “Tbilisi Pride”-ın tədbirlərindən birinin keçirildiyi yerdə səs-küy qeydə alınır. Əraziyə pride həftəliyinin əleyhdarları toplaşıblar.
“Tbilisi Pride” -ın əleyhdarları, pride həftəliyinin iştirakçılarının tədbirə qoşulmaq üçün qət etdikləri cığırı bağlamağa çalışdılar ki, bu da hüquq-mühafizə orqanlarının işçiləri ilə qarşıdurmaya səbəb oldu.