"Tbilisi Pride" çərçivəsində ilk tədbir keçirilir

“Tbilisi Pride” çərçivəsində ilk tədbir keçirilir.
Filmin nümayişində pride-ın təşkilatçıları, qeyri-hökumət sektorunun və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Tədbirin keçirildiyi yerə yaxın vəziyyət bir neçə dəfə gərginləşdi. Ultra-millətçi qrupların nümayəndələri ərazidədirlər və pride həftəliyinin keçirilməsinə etiraz edirlər.

“Tbilisi Pride” -ın əleyhdarları bir neçə dəfə tədbir iştirakçılarının binaya getdiyi cığırı bağlamağa çalışdılar. Hüquq-mühafizə orqanlarının işçiləri ilə bir neçə qarşıdurma yaşandı.

Ultra-millətçi qrupların nümayəndələri vaxtaşırı yumurta və şüşə atırdılar.