“Tbilisi Pride” bu gün baş verən hadisələrlə bağlı bəyanat yayıb
“Tbilisi Pride” bu gün baş verən hadisələrlə bağlı bəyanat yayıb

Bu gün biz aydın şəkildə gördük ki, LGBTQ+ fəallarına və “Tbilisi Pride” festivalının ərazisinə edilən hücum Daxili İşlər Nazirliyi və “Alt-İnfo”nun insan hüquqlarına və demokratiyaya qarşı birgə, yaxşı planlaşdırılmış əməliyyatı idi- deyə “Tbilisi Pride”nin bəyanatında qeyd edilir.

Bəyanatda qeyd edildiyinə görə, “hökumət zorakılığı həvəsləndirdi və dəstəklədi”.

“Vergilərimizdən maliyyələşən, festivalın keçirildiyi ərazini “mühafizə edən” polis bizi əmin etdi ki, ultra-sağçı qruplar yaxın gələ bilməz, eyni zamanda media və sosial şəbəkələr polisin və zorakı qrupun maneəsiz və razılaşaraq əraziyə gəldiyini göstərən kadrlar yaydı.

“Alt-İnfo”çular bizi mühasirəyə aldılar, polislər onları dağıtmaq əvəzinə əvvəlcədən hazırlanmış nəqliyyat vasitəsi ilə bizi ərazidən çıxardılar.

Daxili İşlər Nazirliyinin açıqlamalarından belə görünür ki, onlar bu biabırçı “evakuasiya”nı qələbə hesab etsələr də, reallıqda bu, həm də əvvəlcədən planlaşdırılmış bir addım və fəaliyyətsizliyin sübutu idi.

Daxili İşlər Nazirliyi və nazir müavini Aleksandre Daraxvelidze hazırlıq dövründə, həftələr ərzində və festival günü bizə mühafizə zəmanəti verdi, amma bunun müqabilində polis “Alt-İnfo” üzvlərinə özəl, qapalı hissəyə basqın, festivalın ərazisinə, mülki şəxslərə hücum etməyə və onlara bərpası mümkün olmayan emosional travma vurmağa icazə verdi.

Polis zorakı kütlənin qarşısını almaq üçün festival ərazisinə gedən yolu bağlamadı; Polis hücum edənlərə qarşı mütənasib güc tətbiq etmədi.

Hakimiyyət 5 iyul zorakılığının təşkilatçılarını həbs etməyib;

Hakimiyyət 5 iyul zorakılığının təşkilatçılarını hətta 8 iyul zorakılığı elan olunan zaman da həbs etməyib;

Hökumət zorakılığı həvəsləndirdi və dəstəklədi.

Bu, putinçi zorakı qrupla birlikdə Gürcüstan hakimiyyətinin konstitusiya ilə təmin edilmiş fundamental hüquqlardan istifadə etmək istəyən demokratiyaya, insan haqlarına və günahsız insanlara qarşı mütəşəkkil hücumu idi.

Ümid edirik ki, zorakılığın qəbuledilməz olduğunu, Gürcüstanın demokratik və Avropa inkişafını istəyən hər kəs bu gün baş verən hadisələri pisləyəcək və həmrəylik nümayiş etdirəcək” – deyə bəyanatda vurğulanıb.