Tbilisi Munisipaliteti "Uşaqlara uyğunlaşdırılmış şəhərlər təşəbbüsünə" qoşuldu
Tbilisi Munisipalitetinin meriyası və BMT uşaq fondunun Gürcüstan ofisi arasında birgə əməkdaşlıq memorandumu imzalandı, hansına əsasən, paytaxt UNİSEF-in dəstəyi ilə, “Uşaqlar üçün uyğunlaşdırılmış şəhərlər təşəbbüsünüə” qoşulur.
Əməkdaşlıq sənədini paytaxtın meri Kaxa Kaladze və Gürcüstanın BMT Uşaq Fondunun nümayəndəsi Ğasan Halil imzaladılar.
Kaxa Kaladzenin dediyinə görə, paytaxt meriyası uşaqların gündəlik şəraitlərinin yaxşılaşdırılması proseslərinə fəal şəkildə qoşulub və qeyd olunan təşəbbüsdə iştirak etmək onun üçün çox önəmli və faydalı olacaq.
Tbilisi merinin dediyinə görə, memorandumla nəzərdə tutulan tapşırıqların yerinə yetirliməsi, paytaxta uşaqlara orientasiya edilmiş bir şəhər olmaq imkanını verəcək.