Tbilisi metro-stansiyalarında pik saatlarında yolçu axınının nəzarəti başladı

Epidemioloji vəziyyətdən irəli gələrək, bugündən etibarən, “Varketili”, Axmeteli teatrı”, “Didube” və “Dəmir yolu meydanı” metro-stansiyalarında, pik saatlarında yaranan növbələrin idarəedilməsi məqsədi ilə, yolçu axının nəzarəti başladı.

Tbilisi metropolitenində, xüsusi tədbirləri paytaxt meriyası, ictimai təhlükəsizlik məqsədi ilə, idarələarası koordinasiya şurasının rekomendasiyaları ilə həyata keçirilir.

Qeyd olunan metro-stansiyalar yolçu axının çoxluğuna görə seçilib.

“Vətəndaşlara müraciət edirik ki, sağlamlıq təhlükəsizliyindən irəli gələrək, metro-stansiyalarda iki metrlik distansiyayı qorusunlar” – deyir Tbilisi Nəqliyyat şirkətinin medya ilə əlaqələr meneceri Tamaz Robakidze.

Tbilisi meriyası əhaliyə müraciət edir ki, verilən tövsiyyələri nəzərə alsınlar və özlərinin və ətrafdaki insanların sağlamlıqlarını qorusunlar.

Bu haqda məlumatı Tbilisi meriyasının mətbuat xidməti yayır.