Tbilisi Meriyasına Avropa İttifaqından 506 634 avro məbləğində qrant verildi
Tbilisi merinin müavini İlia Eloşvili Gürcüstanda Avropa İttifaqının nümayəndələri tərəfindən təşkil edilən tədbirdə iştirak etdi, hansında paytaxt meriyasına 506 634 avro məbləğində qrant verildi.
Meriyanın məlumatına görə, qeyd olunan qrant munisipalitetə Tbilisi meriyası və Avropa İttifaqı arasında qoyulan müqaviləyə əsasən verildi.
Tbilisi merinin müavini İlia Eloşvili dəstək verənlərə təşəkkür etdi və bu qrantın munisipalitet üçün vacib olduğuhaqqında söz etdi.
“Sevinirəm ki, Tbilisi müsabiqədə qalib oldu və Avropa İttifaqının qrantını qazandı. Bu çox əhəmiyyətlidir. Tbilisi meriyasını təbrik edirəm və iqtisadi inkişaf dəstəsinə təşəkkür edirəm” – dedi Eloşvili.