Tbilisi Meriyası sosiyal cəhəddən müdafiyəsiz tələbələrin maliyyələşdirilməsi üçün ərizələrin qəbuluna başladı
Tbilisi Meriyası sosiyal cəhəddən müdafiyəsiz, ancaq müvəffəqiyyətli tələbələrin maliyyələşdirilməsi üçün, mart ayından, yaz semestrinin ödənişi üçün ərizələrin qəbuluna başladı.
Paytaxt meriyasının məlumatına görə, proqram çərçivəsində Tbilisidə qeydiyyatdan keçən və ailələrinin reytinq balları 70 000-dən əksik olan sosiyal cəhəddən müdafiyəsiz tələbələr dövlət və akkreditasiyadan keçən özəl ali məktəblərdə təhsil alan tələbələr maliyyələşdiriləcəklər.
Ərizələr cari ilin martın 1-dən mayın 31-nə qədər qəbul ediləcək.
Ərizə ilə bərabər hər bir tələbə növbəti sənədləri təqdim etməlidir:
Şəxsiyyət vəsiqəsi;
Sosiyal müdafiyəsizlik haqqında sənəd;
Universitetdən illik ödəniş haqqında arayış;
Universitetin bank rekvizitləri və hesab-fakturalar;
Universitet tərəfindən verilən akademik bacarıq haqqında sənəd;
I semestrin tələbələri üçün vahid milli imtahanlarda əldə edilən nəticə haqqında arayış;
Ali Məktəbdən rekomendasiya ( I
semestr studentlərindən başqa);
Motivasiya məktubu.
Sosiyal müdafiyəsiz tələbələrə hər semestrdə 562 lari ödəniləcək, ancaq yüksək akademik bacarığı olan tələbələrin təhsil məbləği 70% və yaxud 100%-ə qədər artacaq.