Tbilisi meriyası skleroz xəstəliyinin müalicə medikamentlərinin maliyyələşdirmə proqramını başlayır

Tbilisinin meri Kaxa Kaladze bu günki hökümət iclasında cari ilin büdcəsinin əsas prioritetləri haqqında danışdı.

Kaladzenin dediyinə görə, 2020-ci ilin büdcəsində iki əsas istiqamət müəyyən olunacaq –  infrastruktur layihələri və sosiyal, səhiyyə layihələri.

Kaladzenin məlumatına görə, meriya mart ayından sklerozun müalicəsi üçün gərəkli medikamentlrin maliyyələşdirilməsi proqramına başlayır.

Paytaxtın meri Kaxa Kaladzenin dediyinə görə, hər bir pasientə müəlicə üçün ildə 24 000 lari lazımdır.

Sosiyal cəhəddən müdafiyəsiz şəxslər 100 faizlə maliyyələşdiriləcəklər. Belə bir statusu olmayanlar isə, 80 faizlə.

“Dağılmış skleroz xronik xəstəliklərdən biridir və onun müalicəsinə olduqca böyük məbləğlər lazımdır. Daha əvvəl də dediyim ki, insanları problemləri ilə tək buraxmaq istəmirik və dağınıq skleroz xəstəliyinin müalicəsinin böyük hissəsini maliyyələşdirəcəyik.

Biz əlimizdən gələni etməliyik ki, bu diaqnozu olan xəstələrə normal həyat və iş rejiminə qayıda bilsinlər” – dedi Kaxa Kaladze.