Tbilisi meriyası çox mərtəbəli parkinq yerlərini müəyyən edəcək
Tbilisi meriyası çox mərtəbəli parkinq yerlərini müəyyən edəcək

Tbilisi meriyası bir neçə günə çox mərtəbəli parkinq yerlərini müəyyən edəcək – bu barədə məlumatı paytaxtın meri Kaxa Kaladze Kutateladze küçəsində verdi, harda ki, mer küçədə aparılan reabilitasiyanın başa çatma işlərini yoxladı.

Paytaxt merinin bəyanatına görə, çox mərtəbəli parkinqlərin inşaat edildiyi yerlərin texniki-iqtisadi təsviri lazımdır.

“Ümumiyyətlə, yeraltı parkinqinin tikilməsinin nəzərdə tutulduğu 10 yer var, ancaq bütün bunlara yenidən bir analiz hazırlanmalıdır. Biz yaxın günlərdə çox mərtəbəli parkinqlərin harda tikiləcəyi barədə məlumat verəcəyik” – dedi Kaxa Kaladze.