Tbilisi Meriyası "City Parkla" müqavilənin dayandırılması, parkinq cəriməsinin məbləğini azaldmayacaq

Tbilisi Meriyası “City Park” şirkəti ilə müqavilənin dayandırılması məsələsi ilə bağlı bəyanat yayır və açıqlayır ki, 2018-ci ilin aprelin 10-na qədər, parkinq ödənişi əvvəlki kimi “City Parkın” hesabına ödəniləcək. Ödənilən məbləğ aprelin 10-dan sonra, Tbilisi Nəqliyyat Şirkətinin hesabına köcürüləcək və vətəndaşlar iki dəfə pul ödəməli olmayacaqlar.

2018-ci ilin aprel ayına qədər isə, qanuni qaydaların pozulmasına görə, cərimələri yenə City Park yazacaq.

Cərimənin ödənilmədiyi halda, sanksiya əvvəlki kimi 10-dan 150 lariyə qədər artacaq və qanunvericiliklə nəzərdə tutulan tədbirlər həyata keçiriləcək.

Parkinq qaydalarının pozulmasına görə, evakuasiya edilən avtomaşınları City Park əvvəlki lokasiyaya aparacaq, aprelin 10-dan sonra isə, Tbilisi Nəqliyyat Şirkəti yeni lokasiyaya aparacaq.

Yenə birdaha deyirik, ki “City Park” ilə müqavilənin dayandırılması parkinq cərimələrinin və qaydalarının dəyişdirilməsi demək deyildir. Parkinq qaydaları eyni prinsiplərlə davam edəcək” – deyilir Meriyanın bəyanatında.