Tbilisi meriyası, elan etdiyi tender çərçivəsində, sadəcə bəyaz rəngli avtomobillər alacaq.
Bu barədə bəyanatı paytaxtın meri Kaxa Kaladze iqtidarın yeni təşəbbüsü ilə bağlı verdi, hansına əsasən, dövlət idarələri artıq qara rəngli “ciplər” ala bilməyəcəklər.
Kaxa Kaladze qeyd etdi ki, iqtidarın bu təşəbüsünü salamlayır.
“Biz tender elan etdik və başladığımız islahatlar çərçivəsində əlavə avtomobillər alacağıq. Sadəcə bəyaz rəngli maşınlar alacağıq çünki, Gürcüstan iqtidarının verdiyi qərara görə, dövlət idarələri artıq qara maşınlardan istifadə etməyəcəklər və mən bu təşəbbüsü salamlayıram” – dedi Kaladze.
Dövlət avtoparkının yeniləşdirilməsi çərçivəsində, artıq qara maşınlar alınmayacaq. Bu barədə qərar martın 30-da verildi.
Xatırladaq ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan etmişdi ki, Gürcüstanda “qara ciplərin dövrü” artıq başa çatmalıdır, çünki qara maşınların zəhmi ağırdır və əhaliyə xoşa gəlməz təsir verir.
