Tbilisi Meriası-taksi sürücüləri sərnişin daşıyarkən pəncərələri bağlamamalıdırlar və avtomobildə arxa oturacaqda maksimum iki nəfər oturmalıdır
Tbilisi Meriası taksi sürücüləri üçün Qurumlararası Koordinasiya Şurasının rekomendasiyasını yayır. Paytaxt Meriasının bəyanatında qeyd olunduğu üzrə, Qurumlararası Koordinasiya Şurasının rekomendasiyasına uyğun olaraq,koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə, taksi sürücüləri sərnişin daşıyarkən avtomobilin pəncərələrini bağlı saxlamamalıdırlar. “ Sözü gedən müddətdə, sərnişin sürücünün yanındakı oturacaqda oturmamalıdır-avtomobilin arxa oturacağında bir-birindən aralı maksimum iki sərnişin oturmalıdır. Tbilisi sakinlərinə xidmət göstərən taksi sürücülərinə müraciət edirik, virusun yayılmasının qarşısının alınması məqsədi ilə Koordinasiya Şurasının verdiyi bütün qayda və tövsiyyələrə qəti şəkildə əməl etsinlər. Həmçinin sakinlərə bir daha müraciət edərək, onları təxirəsalınmaz zərurət olmadan ictimai nəqliyyatdan istifadə etməməyə və evdə qalmağa çağırırıq”-deyə Tbilisi Meriasının bəyanatında qeyd olunub.