"Tbilisi- Marafonu" ilə bağlı sentyabrın 30-da paytaxtın bir neçə yerində yol hərəkatı dayandırılacaq
"Tbilisi- Marafonu" ilə bağlı sentyabrın 30-da paytaxtın bir neçə yerində yol hərəkatı dayandırılacaq

“Tbilisi- marafonu” ilə bağlı sentyabrın 30-da, saat 08:00-dan 14:00-a qədər paytaxtın bir neçə yerinə yol hərəkatı dayandırılacaq.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Xeyriyyə marafonu Tbilisinin mərkəzi küçələrində iki dairə ilə keçiriləcək.

Yol hərəkatı Azadlıq meydanında, Puşkin küçəsində, Rustaveli prospekti və ona yaxın olan küçələrdə dayandırılacaq.