Tbilisi-Kiyev aviareysinin yolçuları, təyyarənin texniki probleminə görə, müxtəlif reyslərə yerləşdirildilər
Tbilisi-Kiyev aviareysinin yolçuları, təyyarənin texniki probleminə görə, müxtəlif reyslərə yerləşdirildilər

Tbilisi-Kiyev aviareysinin yolçuları, təyyarənin texniki probleminə görə, müxtəlif reyslərə yerləşdirildilər.

Tbilisi hava limanından verilən məlumara görə, aviareys rəsmi olaraq, ləğv olunmayıb.

Hava limanının informasiya mərkəzindən bəyan edirlər ki, təyyarə texniki yoxlanışa görə, dayandırılıb.

Kiyev-Tbilisi təyyarəsi qəza enişi etdi.

Tbilisi Beynəlxalq Hava Limanından Birinci kanala verilən məlumata görə, qəza enişinin səbəbi əyləc sisteminin qaydadan çıxması oldu.

Hazırda təyyarə texniki yoxlanışdan keçirilir və lainerin reys edə bilib-bilməyəcəyi müəyyən edilir.