Tbilisi İnfeksiya Xəstəxanasında bəyan edirlər ki, ölən 24-cü pasiyentin son test nəticəsində, artıq koronavirusu yox idi, ancaq digər ağır xəstəlikləri var idi
Tbilisi İnfeksiya Xəstəxanasında bəyan edirlər ki, ölən 24-cü pasiyentin son test nəticəsində, artıq koronavirusu yox idi, ancaq digər ağır xəstəlikləri var idi

Tbilisi İnfeksiya Xəstəxanasının nümayəndəsi Marina Endeladzenin bəyanatına görə, bugün həlak olan 24-cü pasiyentin koronavirusu artıq yox idi, ancaq digər ağır yan xəstəlikləri var idi.

Endeladzenin dediyinə görə, pasiyent xəstəxanaya 18 avqustdan sonra gətirilmişdi və sentyabrın 3-dən sonra, koronavirusu artıq yox idi. Onkologiya kimi, digər yan xəstəliklərinin ağırlaşmasına görə, 70 yaşlı kişi həyatını itirdi.

Bu vaxt üçün Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusdan 32 pasiyent müalicə görür, onlardan üçünün vəziyyəti ağırdır.