Tbilisi İnfeksiya Xəstəxanasına koronavirusa görə yerləşdirilən 22 pasientin pnevmoniyası var və vəziyyəti biraz ağırdır, uşağın vəziyyəti isə, daha yaxşıdır
Tbilisi İnfeksiya Xəstəxanasına koronavirusa görə yerləşdirilən 22 pasientin pnevmoniyası var və vəziyyəti biraz ağırdır, uşağın vəziyyəti isə, daha yaxşıdır

Tbilisi İnfeksiya Xəstəxanasına koronavirusa görə yerləşdirilən 22 pasientin pnevmoniyası var və vəziyyəti biraz ağırdır, uşağın vəziyyəti isə, daha yaxşıdır, – bu barədə bəyanatı xəstəxananın tibb direktoru Marina Ezuqbaia verdi.

Onun dediyinə görə, sadəcə bir pasientin vəziyyəti daha ağırdır.

“Deyə bilərik ki, vəziyyət biraz ağırdır, ancaq 13 günlük müddətdə xəstələrin vəziyyəti stabil olsa və xəstəlik irəliləməsə, pasientlər tez zamanda sağlamlaşacaqlar” – dedi Marina Ezuqbaia.

Ezuqbaianın dediyinə görə, koronavirusa yoluxan 12 yaşlı uşağın sağlıq vəziyyəti qənaətbəxşdir və digər pasientlərlə bərabər müalicəsi davam edir.