Tbilisi qülləsi Fransa bayrağının rəngləri ilə işıqlandı

Tbilisi qülləsi Fransa bayrağının rəngləri ilə işıqlandırıldı.

Bu haqda məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.

“Siz bu mübarizədə yalnız deyilsiniz. Birlikdə qalib gələcəyik!” – bu mesajı Gürcüstan dost fransız xalqına göndərir.

“Koronavirusla mübarizədə Fransa Respublikasına dəstək əlaməti olaraq, Tbilisi qülləsi Fransa bayrağının rəngləri ilə işıqlandı” – deyilir meriyanın məlumatında.

Xatırladaq ki, Fransada son 24 saat ərzində, koronavirusdan 762 nəfər həlak oldu.