“Tbilisi Enerci” abonentləri üçün təbii qazın qiyməti artıb və bir kubmetr üçün 7, 834 tetri ilə artıq ödəniləcək.
Tənzimləyici komisiyanın qərarı ilə “Tbilisi Enercinin” abonentləri bundan sonra, təbii qazın kubmetri üçün 46,138 tetri yerinə 53,972-tetri ödəcəklər.
Yeni tarif iyunun 1-dən qüvvəyə minəcək və 2022-ci ilin dekabrına qədər qüvvədə olacaq.
Təbii qazın qiymətinin artması ilə bağlı “Tbilisi Enerci” şirkəti bəyanat yaydı, hansında deyilir ki, şirkət qazı 34 tetriyə alır və 26 tetriyə satmalı olur.